Yayılan məlumatlar həqiqətə söykənməlidir
Tarix: 29.12.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Son günlər bəzi kütləvi informasiya vasitələrində qəsdən dərman preparatlarının qıtlığının yaradılması, əczaçılıq məhsullarının depolarda saxlanılaraq satışa çıxarılmadığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
“Avromed” QTSC-nin mətbuat xidməti bu məsələ ilə bağlı bildirir: “Ölkənin əczaçılıq bazarının iştirakçılarından biri kimi bildirmək istəyirik ki, bu məlumatlar həqiqətdən uzaqdır və bu çür şayiələr dərman preparatlarının qiymətlərinin tənzimlənməsi kimi mütərəqqi bir addıma kölgə salmaq niyyətindən başqa bir şey deyil. Əvvəla, qiymətlər distribüter şirkətlər tərəfindən deyil, müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutulmuş hallarda tənzimlənir. Bütün idxalçı şirkətlər qiymətlərin hansı hallarda yenidən tənzimlənməsi barədə kifayət qədər məlumatlıdırlar. Digər tərəfdən, dərman vasitələri müəyyən istifadə müddəti olan və xüsusi şəraitdə saxlanılan məhsullardır. Dərmanların satılmadan anbarlarda saxlanılması onların istifadə müddətinin keçməsi və məhv edilməsi ilə, nəticədə isə şirkətlər üçün külli miqdarda zərərlə nəticələnə bilər. Ona görə də bütün idxalçı-distribüter şirkətlər anbarlarında olan məhsulların tezliklə satılmasında və yeni məhsulların gətirilməsində maraqlıdırlar. Buna görə də, distrüterlərin aylarla qiymətlərin bahalaşmasını gözləməsi “fikri” məntiqə uyğun deyil. Qeyd edək ki, Azərbaycanın əczaçılıq bazarında 10 mindən çox adda dərman preparatları var. Bir və ya bir neçə aptekdə müəyyən dərman preparatlarının olmaması heç də bütün ölkədə dərman qıtlığının olması demək deyildir. Dünyanın heç bir ölkəsində heç bir aptekdə 10 min adda dərman ehtiyatının daim mövcud olması mümkün deyil. Hər hansı bir aptekdə müəyyən dərmanın istənilən anda olmamasının isə bir çox səbəbləri ola bilər. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qüvvədə olan qanunvericilik reseptdə dərman adlarının deyil, tərkibinin yazılmasını tələb edir. Bu səbəbdən dərman brend adları ilə deyil, tərkibi ilə axtarılsa, əminik ki, hər aptekdə eynitərkibli bir çox adda dərman preparatları tapmaq mümkündür. Belə ki, brend adları ilə tanınan dərman preparatlarının, demək olar ki, hamısının eyni tərkibə malik olan onlarla alternativi var. Bunu isə resept yazan həkimlər və dərman preparatlarının satışı ilə məşğul olan əczaçılar yaxşı bilir. Odur ki, həqiqətə uyğun olmayan məlumat yayan kütləvi informasiya vasitələrini öz fəaliyyətlərinə peşəkarlıqla yanaşan şirkətlərin işinə kölgə salmamağa çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info