«Dünyadakı iqtisadi böhranın əsas səbəblərindən biri korrupsiyadır»
Tarix: 06.04.2013 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


İnkişaf etmiş bir çox Qərb ölkəsində yerləşən müxtəlif təşkilatlar tez-tez korrupsiya indeksi ilə bağlı hesabatlar təqdim edirlər. Güc mərkəzlərinin nəzarəti altında olan həmin təşkilatlar hesabat adı altında müxtəlif ölkələrə təzyiq etmək istəyirlər.
Məqsəd həmin təşkilatları maliyyələşdirən dövlətlərin maraqlarını reallaşdırmaqdır. Yəni, korrupsiya və insan hüquqları ilə bağlı hesabat hazırlayan beynəlxalq təşkilatlar daha çox təzyiq qrupu kimi çıxış edirlər. Güc mərkəzləri təzyiq qurpları kimi həm daxili, həm də xarici siyasi qruplardan faydalanırlar. Bu səbəbdəndir ki, həmin təşkilatların korrupsiya ilə bağlı hazırladığı hesabatların heç bir təsir gücü olmur. Çünki dünyada bu hesabatlara inam, etibar qalmayıb. Digər tərəfdən korrupsiya ilə bağlı qərəzli hesabat hazırlayan təşkilatları maliyyələşdirən dövlətlərin özləri belə, korrupsiya girdabında çabalayırlar. Özləri korrupsiyaya bulaşdıqları, çirkli pullar yuyulmasına rəvac verdikləri halda, başqa dövlətləri bu məsələ ilə bağlı ittiham edirlər. Bu məsələ Meksikada keçirilən toplantıda da geniş şəkildə müzakirə edilib. «İyirmilər qrupunun» Meksika paytaxtında keçirdiyi forumda bildirilib ki, «G20» ölkələri 2008-ci ildən geniş vüsət alan qlobal iqtisadi böhranın əsas səbəblərindən biri olan korrupsiyaya qarşı mübarizə üçün effektiv tədbirlər həyata keçirməlidir. Forum çərçivəsində keçirilən dəyirmi masa da dünyanın maliyyə sistemində aparılması lazım olan islahatlar və korrupsiyaya qarşı mübarizəyə həsr olunub. Dəyirmi masada çıxış edən Meksika Senatının rəhbəri Ernesto Kordero bildirib ki, etibarlı və qlobal maliyyə nizamlanmasının yaradılması bütün dünyanın tələbidir. Onun sözlərinə görə, 2008-ci ildə başlayan qlobal böhran ilk növbədə dünyanın müxtəlif güşələrində yaşayan minlərlə sadə insana zərbə vurub: «Hansısa bir ölkənin maliyyə sisteminin məsuliyyətsiz işi qloballaşma səbəbindən minlərlə kilometr uzaqda yerləşən başqa dövlətə ciddi təsir göstərir və bundan ömrü boyu qəpik-qəpik pul yığan pensiyaçılar əziyyət çəkir. Buna görə də maliyyə nizamlanması bütün dünya üçün vacib məsələ kimi ortaya çıxıb və «G20» ölkələri öz qanunvericiliklərində bu məsələni nəzərə almalıdırlar. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün nağd köçürmələri məhdudlaşdırmaq və elektron hesablaşmaya keçmək lazımdır. Tədbirdə iştirak edən Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov bildirib ki, səsləndirilən fikirlər isttiqamətində birgə iş görmək lazımdır: «Birlikdə işləyən 20 nəfər, ayrı-ayrılıqda işləyən min nəfərdən daha güclüdür».
ANAR




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı
17.07.2019
“Breeze 2019” hərbi təlimə start verildi
17.07.2019
Tramp: “Türkiyə ilə yaxşı münasibətlərimiz var“
17.07.2019
Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info