“İrəli” İctimai Birliyi 2017-ci il üçün fəaliyyət istiqamətlərini açıqlayıb
Tarix: 29.12.2016 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən biridir. İctimai Birlik səkkiz illik fəaliyyəti dövründə bir çox proqramlara, genişmiqyaslı layihələrə, yüzlərlə tədbirə, videoçarxa və gənclər üçün onlayn radioya imza atıb.

AZƏRTAC xəbər verir ki, bu sözlər İctimai Birliyin sədri Mirhəsən Seyidovun “İrəli”nin 2017-ci il üçün fəaliyyətinin əsas istiqamətləri barədə yaydığı açıqlamada əksini tapıb.

M.Seyidov qeyd edib ki, “İrəli” İctimai Birliyi fəaliyyətini müəyyənləşdirdiyi 7 istiqamət üzrə həyata keçirir: dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək, gənclərdə müasir düşüncə tərzini formalaşdırmaq, gənclərin bütün sahələrdə təmsil olunmasını təmin etmək, onları ölkəmiz üçün layiqli vətəndaş kimi yetişdirmək, azərbaycançılıq, dövlətçilik dəyərlərini qorumaq, beynəlxalq platformalarda ölkəmizin maraqlarını qoruyaraq rəqabətə davamlı gənclik yetişdirmək, ölkəmizin mədəni və tarixi irsini təbliğ etmək.

“Ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də “İrəli” fəal iştirak edib. Belə ki, təşkilatımız “SAY: Support of Azerbaijan Youth” hərəkatı çərçivəsində reallaşdırılan layihələrlə “Bakı-2015” birinci Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və Azərbaycanın ev sahibliyi etdiyi digər mötəbər tədbirlərin təşkilinə və təbliğinə öz üzvləri ilə birgə töhfə verib.

Gələn il “İrəli” İctimai Birliyinin əsas hədəfləri üzvlərlə iş sayəsində daha dərin və genişmiqyaslı layihə və tədbirlərin həyata keçirilməsi, region gənclərinin cəlb olunması və beynəlxalq arenada haqq səsimizin eşidilməsidir. 2017-ci il üçün hazırlanan fəaliyyət planlarında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-prisi və digər mötəbər tədbirlərin təşkil olunmasına və təbliği işlərinə töhfə vermək məsələləri daxildir”, - deyə M.Seyidov bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info