“İctimai palata” “El”ə qarşı kampaniyaya başladı
Tarix: 06.04.2013 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Guya “milli şura” yaradacağı ilə bağlı müzakirələrə qoşulan AXCP, Müsavat və “El” hərəkatı arasında ziddiyyətlər getdikcə kəskinləşməkdədir. Belə ki, “ictimai palata”da təmsil olunan Müsavat daha çox “El” hərəkatına qarşı ittihamlarla çıxış edir.
Belə ki, bu arada “El” hərəkatının başçısı Eldar Namazovla yaxın olan R.İbrahimbəyov yenə də antimilli və ermənisevər bir açıqlama verib. O, Rusiyanın “Rosbalt” İnformasiya Agentliyinə müsahibəsində antiazərbaycan mövqeyini bir daha aydın şəkildə bəlirlədib: “Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır”. Bu mövqe isə yenə də Azərbaycan ictimaiyyətində İbrahimbəyov kimi antimilli şəxslərə qarşı yeni etirazlara səbəb olub. E.Namazovun da təmsil olunduğu “ziyalılar forumu”nun üzvü Əkrəm Naibovun ardınca İbrahimbəyovun da xəyanətkarlığına qarşı Müsavat əməlli-başlı yararlanmaq istəyir. Ona görə də Müsavatın qəzeti R.İbrahimbəyovu açıq ittiham edən yazı ilə çıxış edib. Qəzet təkcə İbrahimbəyovun antriazərbaycan mövqeyi ilə bağlı xəbəri verməklə kifayətlənməyib. Həm də Müsavatın İbrahimbəyova açıq münasibəti ifadə olunub: “Doğrusu, ötən ilin əvvəlindən sırasında biz də olmaqla bir sıra mətbuat orqanlarının müdafiə etdiyi görkəmli kino xadimimizdən belə fikirlər eşitmək adamı bir qədər naqolay duruma salır. Sözü gedən müsahibəsində xalqlar dostluğundan gen-bol bəhs edən Rüstəm müəllim nəyə görəsə, 20 faiz ərazisi işğal olunmuş və 20 ərzində işğal altında saxlanılan, 1 milyona yaxın əhalisi didərgin düşən öz xalqı ilə xarici aqressorun arasında bərabərlik işarəsi qoyur. Sanki ermənilər də azərbaycanlılar kimi Qarabağ müharibəsinin zərərçəkənləridir”.
Görünür ki, Müsavat Namazovun “ideoloqu” və yaxını olan R.İbrahimbəyovun xəyanətkar obrazını təqdim edir. Bu isə dübarə və dolayı olaraq Namazovun öz mövqeyinin qəzetdə İbrahimbəyovla eyni statusda təqdimatı kimi anlaşılmalıdır.
Qəzet həm də İbrahimbəyovu, dolayı olaraq Namazovu və “ziyalılar forumu”nu Rusiyaya işləməkdə və “Avrasiya ittifaqı” ideyasını dəstəkləməkdə ittiham edir: “Jurnalistin Avrasiya İttifaqı barədə sualına geniş cavab verən İbrahimbəyov dolayısı ilə Avrasiya İttifaqı ideyasını dəstəkləyir”.
Bütün bunlar isə təsadüfi və birinci dəfə deyil. Qeyd edək ki, az öncə də Müsavat başqanı İsa Qəmbər müxalifət partiyalarını müxtəlif ölkələrə işləməkdə günahlandırmışdı. Qəmbər bildirmişdi ki, müxalifətdə bir qisim partiya hakimiyyətə, bir qisim İrana, digər qisim də Rusiyaya işləyir. İsa Qəmbərin bu məsələdə “Qərbə işləyən” partiyaların adını çəkməməsi isə ondan xəbər verir ki, Qəmbər özünü düşərgədə Qərbmeyilli kimi təqdim edir, ona görə də bu ifadədən sonra özü-özünü ittiham edəcəyini bilərək belə bir ifadəni dilinə gətirməyib. Əlbəttə ki, bu, əlavə, ötən saylarımızda yazdığımız mövzudur. Amma hər halda burada da İsa Qəmbərin burada əsas ittihamı düşərgədə “Rusiyaya işləyən” kimi tanınan Eldar Namazova yönəlmişdi. Yenə də Müsavatın qəzetdə Namazovun müttəfiqi və “milli şura” ideyasının müəllifi R.İbrahimbəyovu ittiham etməsi və İbrahimbəyova qarşı ictimai nifrət və etimadsızlıqdan bol yararlanması tərəflər arasında hər hansı müttəfiqliyin olacağının üzərindən xətt çəkir. Çünki Müsavat dolayı olaraq həm də İbrahimbəyovun “milli şura” ideyasını, onunla eyni mövqedə olan reneqat Eldar Namazovun “El” hərəkatını kənar qüvvələrin ərsəyə gətirdiyi ilə bağlı rəy formalaşdırmağa çalışır...
Beləliklə, “ictimai palata”da təmsil olunan Müsavat bu məsələdən istifadə edərək Namazovun və R.İbrahimbəyovun təmsil olunduğu bütün qurumları - “ziyalılar forumu”nu, “El” hərəkatını gözdənsalma kampaniyasını gücləndirir. Müsavatın İbrahimbəyova qarşı bu cür mövqeyi isə milli təəssübkeşlik hissindən yox, sırf Qəmbərin özünə rəqib olan daha bir müxalif qüvvəni “zərərsizləşdirmək” niyyətindən irəli gəlir. Bu isə müxaliflər arasında ziddiyyətlərə yeni motivlərin əlavə olunması deməkdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info