BSU-da operativ qərargah yaradılıb
Tarix: 29.12.2016 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədi ilə universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, tələbə və maginstrantlardan formalaşan “Kölgə kabineti”nin, “Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət “Operativ qərargah” təşkil edilib. Qərargaha rəhbərlik edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qərargahın işində valideynlərin və tələbələrin fəal iştirak etdiyini bildirib. O deyib: “Məqsəd obyektivliyi və şəffaflığı təmin etməkdir. Qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verilir, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin edirlər. Münaqişəli məsələlər yerindəcə həll edilir. Bundan əlavə, təhsil haqqını vaxtında ödəməyən tələbələrin ailə vəziyyəti nəzərə alınır”.
Qərargahda bütün fakültələrin tələbə-gənclər təşkilatlarının nümayəndələri təmsil olunur. Qeyd edək ki, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə hesabatlar sessiya bitdikdən 10 gün müddətində ümumiləşdirilib Təhsil Nazirliyinə təqdim ediləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info