“Mən bu müxalifətdən heç bir müsbət iş gözləmirəm”
Tarix: 06.04.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Müxalifət çoxtərəfli ziddiyyətlərin əsiridir
Seçki ərəfəsində aktivlik nümayiş etdirməyə çalışan müxalifət qüvvələri arasındakı bu cür gərginliklər seçki hərisliyinə görə daha da alovlanıb. Üstəlik, müxalifət düşərgəsinə mənsub ayrı-ayrı şəxslər də namizədliklərini müstəqil şəkildə irəli sürəcəklər ki, bu da ziddiyyətlərə yeni çalarlar əlavə etməkdədir. Görünən budur ki, seçki ilə bağlı müxalifət olduqca dağınıq və antoqonist mövqelərdən ibarətdir. Düşərgədə bu barədə hər hansı real anlaşma və konsensusdan, qarşılıqlı kompromislərdən söhbət gedə bilməz. Özünü “ana müxalifət”, “ən ali səviyyəli” müxalifət “elitası” hesab edən partiya sədrləri arasında isə reallıqda ən aşağı səviyyəli münasibətlər və qarşılıqlı kompromatlar mövcuddur. Məsələn, bu seçki ərəfəsində çox kəskin bir şəkildə müşahidə edilən və intensiv davam edən Rəsul Quliyev-İsa Qəmbər atışmasını götürək. Bu tərəflər bir-birilərini ən müxtəlif məsələlərdə aşağılamaqdadırlar. Bu baxımdan Müsavat və R.Quliyevin başında durduğu Açıq Cəmiyyət partiyaları arasında da mütəmadi “atışmalar” baş verir. Bu günlərdə isə Müsavat Məclisinin sədri Arif Hacılı Rəsul Quliyevin əleyhinə danışıb. Bir çox ittihamlardan sonra A.Hacılı bildirib: “2013-cü il seçkilərində Rəsul Quliyevi öz seçki komandamıza daxil etmək niyyətimiz yoxdur”. Bu isə müxalif başçıların bir-birilərini həzm edə bilmədikləri və buna görə də bir komandada birləşə bilmədiklərini bir daha ortaya qoyur... Bir daha sübut olunur ki, müxalifət başçıları heç vaxt siyasi kampaniyalarda bir araya gələ bilməz.
Buna münasibətini bildirən siyasi ekspert Zərdüşt Əlizadə belə qeyd etdi: “Mən bu müxalifətdən heç bir müsbət iş gözləmirəm. Bu ənənəvi müxalifət islah olunmaqdan, geri fikirlilikdən əl çəkməkdən, dünya ilə ayaqlaşmaqdan məhrumdur”.
Ənənəvi müxalifətin bu cür didişmələr və qarşılıqlı ittihamlarla heç bir siyasi məqsədinə nail ola bilməyəcək. Bunu deyən Zərdüşt Əlizadə qeyd etdi ki, belə getsə, seçki ərəfəsində müxalifət partiyaları və şəxsləri arasında ziddiyyətlər və kompromatlar daha da dərinləşəcək: “Azərbaycan Xalq Cəbhəsi” deyilən qurumun şinelindən çıxmış, özünü milli-demokratik” qüvvə adlandıran o müxalifətdən, o “liderlərdən”, o partiyalardan başqa heç nə gözləmirəm”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinqlə bağlı məlumat yayıb
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info