Rusiyaya yeni sanksiya təhdidi
Tarix: 30.12.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Karter Peyc sanksiyaya çağıran Makkeynə məktub yazıb: “Rusiyaya yeni yanaşmaya mane ola biləcək istənilən cəhd Birləşmiş Ştatların milli təhlükəsizliyinə zərbədir. Amerikalılar uğursuz müdaxilə siyasətindən yorulublar”

Son günlər ABŞ-ın Rusiyaya yeni sanksiya tətbiq edəcəyi ilə bağlı ardıcıl şəkildə informasiyalar yayılır. Obama administrasiyasına yaxın olan şəxslər tərəfindən bu məsələ ilə bağlı müxtəlif xəbərlər yayılır. Bir çox konqresmen iddia edir ki, yaxın günlərdə Obama kiberhücumlar və Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı yeni sanksiyalar elan edəcək.
Hətta Respublikaçılar partiyasının nüfuzlu şəxsləri Makkeyn və Lindsi Qrem də sanksiya tətbiq edilməsinin vacibliyini elan ediblər. Hələlik sanksiya məsələsinin nə dərəcədə doğru olması və hansı məsələləri əhatə edəcəyi bəlli deyil. Maraqlıdır ki, Rusiya dövlət başçısının məsləhətçisi Klimenko dünən “RT”-yə açıqlamasında deyib ki, Rusiya dünya internet şəbəkəsindən ayrılmağa hazır olmalıdır. O qeyd edib ki, belə bir təhlükə var və Qərblə münasibət bir qədər də kəskinləşərsə, bu vəziyyətlə qarşılaşa bilərlər. Klimenko internetin Rusiya seqmentinin nizamlanması istiqamətində dəyişiklik etməyin vacib olduğunu dilə gətirib. Makkeyn Rusiyanın seçkiyə müdaxiləsini araşdırmaq üçün xüsusi qrup yaradılması və bununla bağlı dinləmə keçirilməsi təklifi ilə çıxış edib. Belə görünür ki, bu məsələ ABŞ siyasətində ciddi yer tutmağa başlayıb.

Tramp məsələyə münasibət açıqlayıb: “Mənə elə gəlir ki, biz öz həyatımızla məşğul olsaq, daha yaxşıdır”



Yeni seçilən dövlət başçısı Trampın Rusiya ilə bağlı açıqlamaları bir çox siyasi dairələrdə narahatlıqla qarşılanır. Makkeyinin bu təklifindən sonra Trampın seçki qərargahında məsləhətçi olmuş Karter Peyc prosesə qoşulub. Peyc Makkeynə məktubla müraciət edib. Məktubda qeyd edilir ki, Rusiyaya yeni yanaşmaya mane ola biləcək istənilən cəhd Birləşmiş Ştatların milli təhlükəsizliyinə zərbədir: “Konqresmenlərin Moskva ilə münasibətlərin nizamlanması yolunda yaradacağı istənilən maneələr milli təhlükəsizliyə zərbə riski yaratmaqla yanaşı, hərbi qulluqçularımızın həyatına təhlükə olacaq”. Peyc qeyd edib ki, amerikalılar uğursuz müdaxilə siyasətindən yorulublar. Rusiyaya yeni sanksiya tətbiq edilməsi məsələsinə, nəhayət ki, Tramp özü də münasibət açıqlayıb. ABŞ-ın yeni seçilən dövlət başçısı kiberhücumlarla bağlı Rusiyaya yeni sanksiya tətbiq olunması ilə bağlı ona ünvanlanan suala belə cavab verib: “Mənə elə gəlir ki, biz öz həyatımızla, işimizlə məşğul olsaq, daha yaxşıdır. Düşünürəm ki, kompüterlər bizim həyatımızı çətinləşdirib. Kompüter epoxası bizi elə yerə gətirib çıxarıb ki, kimsə, nə olduğunu anlaya bilmir”. Floridadakı villasında jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, Lindsi Qremin Rusiyanın guya seçkiyə müdaxiləsi ilə bağlı yeni sanksiyaya məruz qalacağı şərhindən xəbərsizdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info