Qəza ərəfəsində “Tu-154”-ün göyərtəsində “xüsusi vəziyyət” yaranıb
Tarix: 30.12.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Rusiya Müdafiə Nazirliyindən “Tu-154” təyyarəsinin qəzası ilə bağlı təhqiqatın gedişi barədə məlumat verilib. Məlumatda deyilir ki, hava gəmisi kapitanının işlətdiyi bir ifadə göyərtədə “xüsusi vəziyyət” yaranmasından xəbər verir.
Rusiyanın NTV telekanalının yaydığı xəbərə görə, RF Silahlı qüvvəlində aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi Sergey Baynetov deyib: “Hər şey yetərincə qaydasında olub, amma komandirin səsləndirdiyi bir ifadənin təhlilindən belə görünür ki, təyyarədə “xüsusi vəziyyət” başlayıb və inkişaf edib. Cəmi 10 saniyə sürən radio danışığı,hələlik bundan başqa heç nə demir. Baynetov, həmçinin qeyd edib ki, yığılan məlumatlar öyrənildikdən sonra qəza versiyalarının sayı 15-dən 7-dək azalıb. Bununla bərabər, əsas versiya barədə danışmaq hələ tezdir. Komissiya bu nəticəyə gəlib ki, təyyarənin göyərtəsində partlayış baş verməyib. Amma terror aktı, hələlik versiyalar siyahısından silinməyib. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsi dekabrın 25-də Soçidə yanacaq götürdükdən sonra qəzaya uğrayıb. Onun uşusu 70 saniyəyə yaxın çəkib, maksimum hündürlük 250 metrə yaxın olub. Hazırda qəza yerində axtarış əməliyyatlarının aktiv fazası yekunlaşıb. Həlak olanların19-nun cəsədi və 230-dan çox fraqmenti, həmçinin təyyarənin 13 böyük və 2 minədək xırda parçaları sudan çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info