Tokioda nəşr olunan kitabda ölkəmizin uğurlarından bəhs olunub
Tarix: 30.12.2016 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Akaşi” nəşriyyatı tərəfindən çap edilən “Türk dünyası” kitabında “Azərbaycanlılar” adlı xüsusi məqalə yer alıb. Məqalənin müəllifi tanınmış tarixçi, Tokyo Universitetinin professoru, Sasakava Sülh Fondunun baş elmi işçisi Akira Matsunaqadır.
Məqalədə azərbaycanlıların tarixən məskunlaşdığı ərazilər barədə geniş məlumat verilir.
Yazıda Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlər, VII əsrdən başlayaraq burada islam dininin yayılması, həmin ərazidə azərbaycanlılarla yanaşı, kürdlərin, farsların, ərəblərin və digər millətlərin nümayəndələrinin yaşadığı qeyd edilir. Vurğulanır ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, konfessiyaların dinc şəraitdə yaşadığı tolerant ölkə olub.
Azərbaycan dili haqqında məlumat verən müəllif bildirir ki, bu dil türk dillərinin oğuz qrupuna daxildir. Əvvəllər əsasən ərəb əlifbasından istifadə olunsa da, XX əsrdə əvvəl latın, sonra kiril və müstəqillik bərpa edildikdən sonra yenidən latın əlifbası tətbiq edilib.
1813-cü ildə və 1828-ci ildə imzalanan “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycanın Rusiya və İran arasında iki hissəyə bölünməsi barədə məlumat da yazıda öz əksini tapıb.
Məqalədə Azərbaycan ədəbiyyatı haqqında geniş məlumat verən müəllif xüsusən XIX əsrin ortalarından başlayaraq bu sahədə böyük irəliləyişin müşahidə olunduğunu bildirir. Müəllif, həmçinin Azərbaycanın maarifçi-demokratlarına, 1875-ci ildə nəşr olunan “Əkinçi” qəzetinə dair məlumatlara geniş yer verir. 1905-ci ildə Rusiyada, 1906-1911-ci illərdə İranda baş verən inqilabların xalqımızın milli oyanışında xüsusi rol oynadığı, “Molla Nəsrəddin” jurnalının, yeni qəzetlərin nəşrə başladığı vurğulanır.
Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə yapon oxuculara geniş məlumat verilir. Azərbaycanın Şərqdə ilk müsəlman demokratik respublikası olduğu, burada Avropanın bir sıra ölkələrindən əvvəl qadınlara seçki hüququnun verildiyi qeyd edilir.
1920-ci ildə Qızıl Ordu tərəfindən işğal olunan Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdiyi bildirilir. Sovet dövründə azərbaycanlı ziyalıların İ.V.Stalin tərəfindən repressiyalara məruz qaldığı oxucuların diqqətinə çatdırılır.
Müstəqilliyin bərpasının ilk illərinin Azərbaycan üçün çox ağır olduğu, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları nəticəsində ağır müharibənin başladığı, Dağlıq Qarabağ da daxil olmaqla ətraf rayonlardakı azərbaycanlıların etnik təmizləməyə məruz qaldığı vurğulanır.
Vətəndaş müharibəsi vəziyyətinə düşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində xilas olduğu, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkənin iqtisadi inkişaf və tərəqqi dövrünə qədəm qoyduğu xüsusi qeyd edilir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi“ nəticəsində həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı -Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası barədə məlumat verilir. Vurğulanır ki, məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info