Qənaət edilmiş təbii qaz TAP və TANAP-la Avropaya ixrac olunacaq
Tarix: 30.12.2016 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


2025-ci ildən sonrakı dövr üçün təbii qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Sənəddə qeyd olunur ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaq.
Bildirilir ki, səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarı (təbii qaz qurğularından) TAP və TANAP layihələri vasitəsilə Avropaya ixrac olunacaq.
Bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8 faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa, bunun eyni səviyyədə qalacağı ehtimal edilir) planlaşdırılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb
20.08.2019
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb
20.08.2019
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info