“Saytlar da jurnalistin peşə davranışı qaydalarına riayət etməlidir”
Tarix: 06.04.2013 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasında İnternet-media komissiyasının iclası keçirilib. İclasda internet media ilə bağlı mövcud vəziyyət və yaranan problemlər müzakirə olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, vaxtilə xəbər portalları mətbuat qurumu kimi xarakterizə olunmurdu və cəmiyyət tərəfindən də qəbul edilmirdi.
Onun sözlərinə görə, artıq bir sıra internet xəbər portalları Mətbuat Şurasının üzvlüyünə qəbul edilib: “Bu, Azərbaycanda media ailəsinin genişlənməsi deməkdir. Artıq saytlar da jurnalistin peşə davranışı qaydalarına riayət etməlidir”. Ə.Amaşov qeyd edib ki, ölkədə fəaliyyət göstərən 30-a yaxın xəbər portalının monitorinqi aparılacaq: “Bir müddət sonra həmin xəbər portallarının iştirakı ilə vəziyyət müzakirə ediləcək”. İnternet-media komissiyasının sədri Elnur Baimov bildirib ki, bu sahənin idarəçiliyi üçün qanunvericilikdə boşluqlar mövcuddur. Onun sözlərinə görə, ölkədə anonim xəbər portalları da fəaliyyət göstərir ki, onlarla da bağlı problemlər yaranır: “Komissiyanın fəaliyyətində heç bir qadağa yaratmaq məqamı yoxdur. Burada məqsəd odur ki, internet media sektorunda normal jurnalistika mühiti yaradılsın”. Tədbirdə aparılan müzakirələrin yekunu olaraq məsələnin hüquqi tərəfinin müəyyənləşdirilməsi istiqamətində işlərin sürətləndirilməsi məqsədəuyğun hesab edilib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info