Parlament Hesablama Palatasının illik hesabatını qəbul etdi
Tarix: 06.04.2013 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Milli Məclisin dünən keçiirlən iclasında millət vəkilləri müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatını qəbul etdi.
Müzakirələrdən sonra palata sədri Heydər Əsədov deputatların irad və təkliflərinə cavab bildirdi ki, deputatlar Hesablama Palatasının fəaliyyətinə dair məsələlərə peşəkar şəkildə yanaşırlar: “Mən çıxışımda nağd və köçürmə yolu ilə bağlı maliyyənin qaytarılmasından danışdım, vergilər vasitəsilə qaytarılan vəsaitdən danışmadım. Bu, 10 milyondan çoxdur. Bizim təqdimatımız əsasında Səhiyyə Nazirliyində mindən artıq çarpayı ixtisar edilib. Bu isə nə qədər vəsaitin xərclənməsinin qarşısını almaq deməkdir”.
Qeyd edək ki, hesabat səsə qoyularaq 103 lehinə, 2 nəfər əleyhinə olmaqla qəbul edildi.
Dünənki iclasda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarına dəyişikliklər müzakirəyə çıxarıldı. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olundu.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, dəyişikliklərə əsasən, tramvay və trolleybuslara, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinə, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə və avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə texniki baxış ildə bir dəfə keçirilir. Bu nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməyəcək.
Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi təklif olunur. Bu nəqliyyat vasitələrinin istehsal olunduğu vaxtdan dörd il müddətində texniki baxışdan keçirilməməsi təklif olunur. Layihə səsvermədə qəbul olundu.
Dünən İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsinə görə nəzərdə tutulan cərimələrin artırılması ilə bağlı dəyişiklik müzakirəyə çıxarıldı.
Əli Hüseynli bildirdi ki, bununla bağlı məcəllənin 155.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimənin məbləğinin 50 manatdan 150 manata qaldırılması nəzərdə tutulub. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdən büdcə xərclərini düzgün yerinə yetirməyənlərin hesabları bağlanacaq. Bunu Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisdə illik hesabatla bağlı çıxışı zamanı bildirib.
O qeyd edib ki, həmin müəssisələrin hesablarının bağlanması üçün qanunvericilik palataya kifayət qədər səlahiyyətlər də verir: “İllik yoxlamalar zamanı məlum olub ki, əmək haqqı və sosial müdafiə xərcləri ilə bağlı çatışmazlıqlar artıb. Qadınların mühasib olduğu müəssisələrdə belə çatışmazlıqların daha çox olması müşahidə olunur”.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info