Qəzalı körpü bərpa edilib
Tarix: 05.01.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpünün bərpası ilə bağlı görülən işlər yekunlaşdırılıb.
Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.
Bildirilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşınmasındakı əhəmiyyəti nəzərə alınaraq, bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda, 9 metr hündürlükdə mühafizə və yeni sutənzimləyici qurğular inşa edilib. Bundan başqa, körpünün yerləşdiyi ərazidə çay məcrasında su axınının sürətini azaltmaq məqsədi ilə dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılıb, 6 pilləvari qurğu inşa edilib. Qurğuların hündürlüyü 22 metr, ümumi uzunluğu 60 metr, eni isə 118 metrdir. Həmçinin, körpünün dayaqlarının qorunması üçün 110 metr uzunluğunda, 90 metr enində dəmir-beton konstruksiyadan ibarət xüsusi qoruyucu sahə inşa edilib, körpünün yerləşdiyi ərazinin giriş və çıxış hissələrində 6 metr dərinlikdə, 800 mm diametrində 76 ədəd bərkidici svay vurulub.
Xatırladaq ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü. Diametri 1.2 m-lik svay özül üzərində inşa edilmiş körpüdə məcrada baş vermiş eroziya nəticəsində dəmir-beton örtüklü körpüaltı məcranın aşağı hissəsində 6.6 metr dərinlikdə yuyulma prosesi baş vermiş və saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşmüşdü.
2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96.3 metr, eni 11.5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info