Döyülən erməni əsgər iki hərbçini güllələyib
Tarix: 05.01.2017 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


İşğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində insident baş verib.
Cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb.
 
Fiziki təzyiqlərə məruz qalan, H. Babeyan avtomat silahından atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.
 
Yaralılar dərhal Xankəndidəki hərbi hospitala çatdırılıb. Gizir M.Sarkisyanın vəziyyətinin sabit olduğu, digər yaralının isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
 
Məlumata görə, hadisə baş verən hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
 
Xatırladaq ki, erməni ordusunda qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb. Erməni tərəfinin yaydığı rəsmi məlumatlara görə, təkcə ötən ilin noyabr ayında buna bənzər iki hadisə baş verib. Belə ki, noyabrın 13-də döyüş növbətçiliyi qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan adlı hərbi qulluqçu kiçik çavuş tərəfindən açılan atəşdən yerindəcə ölüb.
 
Digər hadisə isə noyabrın 22-də qarovul xidmətində olarkən A.Nersesyanla Aznavur Baleyan arasında baş vermiş mübahisə nəticəsində törədilib. Bildirilir ki, başından güllə yarası alan A.Baleyan hələ də Yerevandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicədədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info