BANM-in tələbəsinin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi başa çatıb
Tarix: 05.01.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) “Kİmya mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Ruslan Hacıyevin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.
Layihənin əsas məqsədi gənclərin Qarabağ mədəniyyətini öyrənməsi və bu istiqamətdə videoçarxlar hazırlayaraq daha çox gəncin maariflənməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın adət-ənənələri, tarixi abidələri, mədəniyyətini öyrənmiş, bu istiqamətdə fikir mübadiləsi aparıblar. İştirakçılar komandalara ayrılıb və hər bir komandaya Qarabağ mədəniyyətini əks etdirən videoçarx hazırlaması üçün 1 həftə vaxt verilib. Layihənin sonunda bu videoçarxların izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib. Qalib komandanın üzvlərinə dəyərli hədiyyələr və fərqlənmə diplomu təqdim olunub.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə həyata keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info