Əlillər 30 mindən çox protez-ortopedik məmulatla təmin edilib
Tarix: 06.01.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2016-cı ildə 15 296 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
onlardan 1 723 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub. 
Bu dövrdə əlilliyi olan şəxslərə 1 124 ədəd əlil arabası, 665 ədəd eşitmə aparatı, 1 098 ədəd aşağı və yuxarı ətraf protezi, 1 336 ədəd aşağı və yuxarı ətraf ortezi, 758 ədəd bel və boyun nahiyəsi üçün korset, 2 462 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 840 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan insanlar həmçinin 2 317 ədəd əsa, 3 173 cüt protez ayaqqabı, 4846 cüt ortopedik ayaqqabı, 8 796 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. ilə təmin olunublar. Ümumilikdə ötən il əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onlara 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. 
Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində onurğa sütunu zədələnmiş əlilliyi olan şəxslərin reabilitasiyası, serebral iflicin fəsadlarının, anadangəlmə bir sıra qüsur və deformasiyaların aradan qaldırılması, amputasiya edilmiş şəxslərin protezləşməyə hazırlanması və s. istiqamətlərdə bərpa xidmətləri göstərilir. Ötən il həmin bölmələrdə 698 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin ediliblər. 
Mərkəzin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən respublikamızın rayon və şəhərlərində səyyar formada protez-ortopedik bərpa xidmətləri həyata keçirilir. Bu istiqamətdə işlərin davamı olaraq, ötən il ölkəmizin bölgələrində 1000 nəfərə yaxın əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 218 nəfər şəxsə) yaşadıqları rayon və ya şəhərdə səyyar formada aidiyyəti xidmətlər göstərilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info