Neft surətlə bahalaşmağa başladı
Tarix: 06.01.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


ABŞ-ın ehtiyatları azalır, Səudiyyə xam neft satışını məhdudlaşdırır, qiymətlər bahalaşır


Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. Son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 57,28 dollar olub, birjaların səhər seanslarında isə qiymət 56,84 dollara enib. Qərbi Texas nefti də ciddi dəyər qazanıb. ABŞ Energetika İnformasiya İdarəsinin ölkənin hasil olunmuş xam neft ehtiyatlarının həcminə dair hesabatı ərəfəsində WTİ neftinin bir bareli 54,05 dollar təşkil edib. Sonra qiymətlər yenidən stabilləşməyə başlayıb, hazırda Qərbi Texas neftinin bir bareli 53,73 dollardan təklif olunur.
Qiymətlərin artmasına təsir göstərən əsas amil ABŞ-ın neft ehtiyatlarının azalmasıdır. Ötən həftə ehtiyatlarının həcminin 2,2 milyon barel azalacağı proqnozlaşdırılsa da, rəsmi hesabatda bu rəqəm 7,1 milyon barel olub. Ehtiyatların bu qədər azalması birjalarda şok effekti doğurub və neft bahalaşmağa başlayıb. Lakin ABŞ-da benzin ehtiyatlarının həcminin gözlənilən 1,7 milyon barel əvəzinə 8,3 milyon barel artması qiymətlərin yenidən stabilləşməsinə səbəb olub.
Bahalaşmaya təsir göstərən digər amil Səudiyyə Ərəbistanının xam neft satışını azaltmaq barədə danışıqlara başlamasıdır. Ər-Riyad bu addımı OPEK-in hasilatı azaltmaq barədə qərarını dəstəkləmək məqsədilə atır. Digər tərəfdən Nigeriyada gündəlik hasilatın 310 milyon barelə kimi azalması da qiymət artımına pozitiv təsir edir. Qiymət artımı göstərir ki, bazar iştirakçıları Liviyanın gündəlik hasilatı 580 min bareldən 700 min barelədək artıracağı barədə açıqlamaları ciddi yanaşmırlar. Liviya bundan əvvəl də dəfələrlə hasilatı artırmağa cəhd etsə də, müxtəlif səbəblərdən bu baş tutmayıb. Treyderlər hesab edir ki, ölkədəki ictimai-siyasi vəziyyət Liviyanın hasilatla bağlı planlarının baş tutmasına əsas əngəl olaraq qalacaq. 




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info