Samuxda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Tarix: 06.01.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi davam etdirilir.
Bu barədə tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Ümumi uzunluğu 36 kilometr olan yolun 12 kilometri Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 kilometrinin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib. Hazırda cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə yüksək keyfiyyətlə aparılır.
Belə ki, layihə çərçivəsində eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yolun yararsız qruntu 1 metrədək qazılaraq çıxarılır, əvəzinə 10 metr enində yeni yol yatağı inşa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası və hazır hissələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Tikinti işlərinin aparıldığı ərazilərdə yol boyu maneələr kənarlaşdırılır, kommunikasiya xətləri köçürülür. Şəxsi istifadə üçün və əkin sahələrinin suvarılmasını təmin etmək məqsədilə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilir, buna paralel olaraq yeni su boruları qurulur, su keçidləri inşa edilir.
Bundan əlavə, yolun 23-cü kilometrində, Gəncə çayı üzərində isə 63 metr uzunluğunda, 11,5 metr enində 2 aşırımlı körpünün inşası da aparılır.
Qeyd olunub ki, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun istifadəsi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, kənd təsərrüfatı məhsullarının tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info