İzmirdə Azərbaycanın dostu mükafatının təqdimat mərasimi keçirilib
Tarix: 06.01.2017 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Türkiyədə Azərbaycanın daha da yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə vermək, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması, Azərbaycandan gəlib İzmir Universitetlərində təhsil alan tələbələrin təhsillərini daha da müvəffəqiyyətlə başa vurmalarına dəstək məqsədi ilə qurulmuş olan Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibəti ilə tədbir təşkil edib. İzmir Polis Evində təşkil olunan tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun əməkdaşı Yadulla Paşayev, cəmiyyətin idarə heyəti və üzvləri ilə yanaşı, dövlət rəsmiləri, qeyri-hökümət təşkilatlarının sədrləri, iş dünyasının nümayəndələri, İzmirdə fəaliyyət göstərən Azərbaycanlı müəllim və müxtəlif peşə sahibləri ilə çox sayda vətəndaşlar iştirak edib. 31 Dekabr Dünya Azərbaycanlıları Günü haqqında iştirakçılara məlumat veriləndən sonra söz alan cəmiyyət sədri Dr.Asif Kurban qonaqları bayram münasibəti ilə təbrik edib. Cəmiyyət sədri daha sonra bu gün və cəmiyyətin gələcək planları haqqında məlumat verərək, cəmiyyətin bundan sonra da önəmli və qalıcı fəaliyyətlər həyata keçirəcəyini vurğuladı. Hazırkı vəziyyətdə daha çox birliyə ehtiyac olduğunu ifadə etdi. Daha sonra cəmiyyətin idarə heyətinin almış olduğu bir qərar haqqında tədbir iştirakçılarına məlumat verildi. Bu, il ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən şəxs və qurumlardan öz fəaliyyətlərində Azərbaycanla bağlı işlər görənləri seçərək onlara o ilin Azərbaycan Dostu mükafatı ilə mükafatlandırılması qərarı idi. Cəmiyyət 2016 ili üçün iki qurum və üç şəxsi bu mükafata laiq görmüşdür. Qurumlardan 2016 ili içərisində İzmirdə Azərbaycan Parkı açan və Xocalı Şəhidləri üçün Heykəl qoyduran Bornova Bələdiyəsi Başçısı Olqun Atila və Karabağlar Bələdiyəsi Sədri Muhittin Selvitopu mükafata layiq görülmüşdür. Azərbacandan gəlib İzmir universitetlərində təhsil alan Azərbaycanlıların tələbələrin təhsilinə köməklik edən, elm sahəsində iki ölkə arasında əməkdaşlığa töhfə verdikləri üçün Ege Universiteti Rektörü Prof. Dr. Cüneyt Hoşcoşkun, Ege Üniversiteti Türk Dünyası Araşdırmaları İnistutu Müdürü Prof. Dr. Metin Ekici və 9 Eylül Universiteti Maliyə Kafedrasının Sədri Prof. Dr. Kamil Tüğən layiq görüldü. Mükafatlandırma mərasimindən sonra tədbirdə iştirak edən qonaqlar Azərbaycan musiqiləri ilə eyləncəli anlar yaşadılar. İzmir Valisi Erol Ayyıldız və İzmir Bələdiyə Sədri Aziz Kocaoğlunun göndərdikləri təbrik mesajları oxundu. Tədbir eyni zamanda insanların bir-birləri ilə tanışmaları, yeni əməkdaşlıqların qurulması ilə də yadda qaldı.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info