«Gələn il TANAP layihəsi üzrə əməli işlərə başlanacaq»
Tarix: 08.04.2013 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Gələn il TANAP (TransAnadolu boru kəməri) layihəsi çərçivəsində planlaşdırma və əməli işlərə başlanacaq.
Bu layihə üzrə 1800 km boru xəttinin tikintisi aparılmalıdır. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Nazir bildirib ki, hazırda kəmərin Türkiyə ərazisindən keçəcəyi hissənin dəqiqləşdirilməsi aparılır: «Layihəni hazırlayan şirkət öz mərkəzini Türkiyəyə köçürüb. Gələcəkdə TANAP-la nəql olunan qaz istər TAP (TransAdriatik boru kəməri) vasitəsilə Avropanın cənubuna, istərsə də «Nabucco-West»lə Avropanın şimalına ixrac oluna bilər».
Kəmərin «Nabucco-West»ə qoşulub-qoşulmayacağı barədə suala isə nazir «bununla bağlı qərarı «Şahdəniz» konsorsiumu qəbul edəcək», - deyə bildirib.
T.Yıldız Türkiyənin Avropa və Asiya arasında hər bir sahədə mühüm rol oynaya biləcəyini, amma bu coğrafi üstünlükdən sui-istifadə etmədiyini də vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info