Əl-Cəzirə: “Azərbaycanda kənd təsərrüfatı strateji sahəyə çevrilib”
Tarix: 07.01.2017 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Əl-Cəzirə telekanalı Azərbaycanın iqtisadi inkişafı barədə reportaj yayımlayıb.
Reportajda Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsi, strateji ehtiyatları qeyri-neft sektorunun inkişafına yönəltməsi nəticəsində dünyada baş verən qlobal böhranın ölkəyə təsirini yumşalda bildiyi qeyd olunub.
İqtisadi ekspert Aydın Hüseynov və AZPROMO-nun sədri Rüfət Məmmədov jurnalistə müsahibələrində bildiriblər ki, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorundan asılılığını minimuma endirmək, ərzaq təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda sənayenin təşviqi və inkişaf etdirilməsi, investisiyaların cəlb olunması tədbirləri çərçivəsində “Xüsusi Kimya Sənayesi Zonası” layihəsi həyata keçirilir. Bu layihənin icrasına 5 milyard dollar həcmində investisiya cəlb edilməsi planlaşdırılır. Layihə çərçivəsində 1 milyardlıq investisiya artıq cəlb edilib və 9 iri sənaye şirkəti yaradılıb.
Müxbir Ömər Xaşramın fikirlərini davam etdirən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov bildirib ki, bu, strateji investisiya layihəsidir, dövlət zəmanəti ilə yerli və xarici investisiyalar cəlb edir və investorlar üçün vergi, gömrük güzəştləri təqdim olunur.
Reportajda bildirilir ki, Azərbaycanda kənd təsərrüfatı da strateji sahəyə çevrilib. Dövlət kənd təsərrüfatı ilə məşğul olan investorları və fermerləri dəstəkləyən bir sıra qanunlar qəbul edib. Azərbaycanda kənd təsərrüfatı məhsulları, xüsusilə çay və meyvə istehsalçılarına geniş maliyyə və logistik imkanlar yaradılır.
Sonda müxbir vurğulayır ki, neft-qaz gəlirlərinin azalması Azərbaycanı kənd təsərrüfatı sahəsini və onunla bağlı istehsal sahələrini inkişaf etdirməyə sövq edib. Bu da Azərbaycan iqtisadiyyatını gücləndirmək məqsədilə həyata keçirilən strateji tədbirlərdən biridir.
Nigar





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info