“Fərat qalxanı” əməliyyatı barədə son məlumatlar açıqlanıb
Tarix: 07.01.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Türkiyənin müdafiə naziri Fikri İşıq Türkiyə Ordusunun dəstəyi ilə Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı barədə son məlumatları açıqlayıb.
Türkiyə mətbuatının məlumatına görə, F. İşıq Suriyada “İŞİD” terrorçularının ikinci qalası sayılan Əl-Bab şəhərinə qədər kiçik yaşayış qəsəbələri və kiçik “İŞİD” terror qrupları olduğunu bildirib. Müdafiə naziri deyib ki, bu kiçik yaşayış qəsəbələri və kiçik terrorçu qruplardan fərqli olaraq, Əl-Babda artıq küçə döyüşləri başlayıb, bu səbəbdən fərqli taktika tətbiq edilir. Əsas risk şəhərdə mülki şəxslərin yaşamasıdır: “Digər risk isə əlverişsiz hava şəraitidir. Şəhərdə yalnız “İŞİD” olsaydı, çoxdan azat etmişdik”. Bu arada “Reuters” agentliyi Türkiyədən Suriyaya tank və zirehli bölmələrin göndərildiyi barədə məlumat və görüntülər yayıb. Görüntülər Suriyanın Çobanbəyi qəsəbəsində çəkilib. Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatında 1362 “İŞİD” terrorçusu öldürülüb, 172 terrorçu yaxalanıb. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin də 291 silahlısı məhv edilib. Türkiyə ordusu 42 şəhid verib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info