Rusiyalı tarixçi ermənilərin terror aktları ilə bağlı petisiya hazırlayıb
Tarix: 09.01.2017 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlayıb.
 
Bu barədə Oleq Kuznetsov özü məlumat verib.
 
O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək.
 
Qeyd edək ki, ermənilər terror aktını 1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin "İzmaylovskaya" və “Pervomayskaya” metro stansiyaları arasında vaqonda törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr" (indiki Nikolskaya) küçəsində yerləşən 5 saylı mağazada terror aktları həyata keçiriblər.
 
Daşnak Zatikyan, Stepanyan və Baqdasaryanın törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət sonra terror hadisəsini törədənlər SSRİ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Onların cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanılıb. 1979-cu ildə məhkəmə ermənilər barəsində ölüm hökmü çıxarıb və hər üçü güllələnib.
 
Uzun illər sonra terrorçu Zatikyanın məhkəmədə çıxışından bir neçə məqam ictimaiyyətə məlum olub. Zatikyan məhkəmə zamanı bu sözləri deyib: “Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!”.
 
Petisiyanı “Change.org” saytındakı linkə daxil olaraq imzalamaq olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info