Bakı Limanında yükaşırma 47 faiz artıb
Tarix: 09.01.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


2016-cı ildə Bakı Limanında yükaşırma 47 faiz artıb.“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə cavab verərək, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyat standartlarının tətbiqi üçün fəaliyyətini davam etdirib. Nəticədə 2016-cı ildə Bakı Limanında bütün istiqamətlər üzrə ciddi artım qeydə alınıb. Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47 faiz artaraq 4,5 milyon tona çatıb. Yükaşırmanın 87 faizi tranzit yükaşırmanın payına düşüb.
Eyni zamanda, ən böyük artım təkərli texnikanın, xüsusən də, irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23 min 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunların 13 min 791 ədədi (58,3 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41,7 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5 faiz artaraq 17 min 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5 faiz) artaraq 1 milyon 575 min tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4 faiz artaraq 36 min 896 ədədə çatıb. Bunlardan 11 min 109 vaqon (30,1 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 25 min 787 (69,9 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 min 203 nəfər olub.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-cı ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 418,1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info