«PAŞA Həyat» ən iri ödənişini həyata keçirib
Tarix: 08.04.2013 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış «PAŞA Həyat Sığorta» şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ən iri ödənişini edib.
Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu sığorta növü üzrə 104 min manata yaxın ödəniş yanvarın 26-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanan şəxsin ölüm faktına görə ödənilib.
Bağlanmış icbari sığorta müqaviləsində qeyd olunan müvafiq şərtlərə uyğun olaraq, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası»nın müvafiq bəndi tətbiq edilməklə 103 892 manat həcmində birdəfəlik sığorta ödənişi vəfat etmiş sığorta olunanın faydalanan şəxsinə - mərhumun ailəsinə ödənilib.
Xatırladaq ki, 2013-cü ilin əvvəlindən indiyədək «PAŞA Həyat Sığorta» şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə (sonuncu ödəniş də daxil olmaqla) 246 min manatdan çox sığorta ödənişi verilib.
«PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edir.





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçirilib
24.05.2019
Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib
24.05.2019
Luiş Fiqu Bakıya gəlir: “Final möhtəşəm olacaq“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info