Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 191 754 nəfər artıb
Tarix: 09.01.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Hazırda sistemdə 3 371 908 nəfər fərdi şəxsi hesaba malikdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2016-cı il ərzində də artmaqda davam edib.
Belə ki, ötən il əlavə olaraq 191 754 nəfərə, o cümlədən ötən ilin dekabr ayında 18 925 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da fərdi uçot sisteminin əhatə etdiyi vətəndaşların sayı cari ilin 01 yanvar tarixinə 3 371 908 nəfərə çatıb. Hazırda sistemdə fərdi şəxsi hesaba malik şəxslər arasında 30-40 yaş aralığında olanlar çoxluq təşkil edirlər. Sistemdə qeydiyyata alınmış şəxslərin 25,6 faizi (864 632 nəfər) məhz həmin yaşlarda olanlardan ibarətdir. Həmçinin qeydiyyatda olan sığortaolunanların 20 faizi (674 900 nəfər) 30 yaşa qədər olan, 19,9 faizi (673 431 nəfər) 40-50 yaş aralığında olan, 21 faizi (708 295 nəfər) 50-60 yaş aralığında olan, qalan hissəsi isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.
Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ildən fəaliyyətə başlayan fərdi uçot sistemi müvafiq qanunvericiliyə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Həmin sistemdə fərdi şəxsi hesaba malik olan vətəndaş bununla gələcək pensiya təminatı üçün öz pensiya kapitalını toplamaq imkanı qazanır. Onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.
Qeyd olunanlarla yanaşı, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən elektron müstəvidə faydalanmaq imkanları yaradılıb. Onlardan
“Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə hər bir sığortaolunan fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə edə bilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info