Erməni yazıçı Xocalı soyqırımına görə, Sarkisyana ölüm cəzası istədi
Tarix: 09.01.2017 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Anna Paytyan: “Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək”

Erməni millətçiləri sosial şəbəkələrdə ABŞ-da yaşayan yazıçı Anna Paytyana qarşı, sözün əsl mənasında, gözümçıxdı kampaniyası təşkil ediblər.
Virtualaz.org bildirir ki, erməni cəmiyyətinin təcavüzkarlıqla köklənmiş hissəsinin bu qəzəbli reaksiyasının səbəbi yazıçının Xocalı soyqırımını ittiham edən cəsarətli bəyanatı və qanlı qətliamı təşkil etmiş cəlladların cəzasını tələb etməsidir.
Məşhur yazıçını həmin bəyanatdan dərhal sonar erməni xalqının düşməni çıxardılar, Azərbaycan xüsusi xidmət orqanlarının agentinə çevirdilər, həmçinin ruhi xəstə elan etdilər. Bundan başqa, millətçilər Anna Paytyanın ümumi dostları və tanışlarını aşkar edərək onların ünvanına təhdidlər yollamağa başlayıblar.
Azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacı haqqında təklif irəli sürənlər də tapılıb.
"Bu qədər zəhlətökən rəqibdən qurtulmaq üçün ermənilər yeni Xocalı təşkil etməyə məcbur olacaqlar. Bu müharibənin başqa nəticəsi yoxdur", - sosial şəbəkə istifadəçisi Nune Mkrtçyan (Mkrtchyan Nune) yazıb.
Ədalət naminə qeyd etməyə dəyər ki, Anna Paytyanı müdafiə etməyə cəsarət edənlər də var. Məsələn, Gümridən fəal Anna Avetisyan.
"Siz birmənalı haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni ümumi hürüş, səs-küy bürüsün", - Avetisyan qəzəblə bildirib.
Yazıçı Anna Paytyanın onu zəhərləyənlərə cavabı da özünü çox gözlətməyib.
"Serj Sarkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz sanki yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır, çünki siz terrorçusunuz. Serj Sarkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb, bu açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır... Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək. Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!", - Anna Paytyan qətiyyətlə bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info