“Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov... Üçüncü kimdir?”
Tarix: 08.04.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Millət vəkili, tanınmış politoloq Aydın Mirzəzadə öz “Facebook” səhifəsində status paylaşıb. “Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov... Üçüncü kimdir?” başlıqlı statusda deyilir:
“Yuxarıda adları çəkilən şəxsləri artıq Azərbaycanda və Ermənistanda təqdim etməyə ehtiyac yoxdur. Ölkəmizdə onlar erməni millətçilərinin mənafelərinin müdafiəçisi, Ermənistanda isə arzuolunan insanlar kimi tanınmağa başlayıblar.
Bir müddət əvvəl Azərbaycan yazıçısı Ə.Əylislinin “Daş yuxular” romanı yaşadığı ölkədə böyük bir şok yaratdı. Ermənistan-Azərbaycan qarşıdurması mövzusuna toxunan yazar Azərbaycan xalqını qaniçən, vəhşi, insani hisslərdən və sivilizasiya dəyərlərindən uzaq olan bir toplum kimi təqdim etdi. Sanki 1918-ci il mart qırğınlarını, 1948-1953-cü illər Ermənistandan köçürmələri, Birinci Qarabağ müharibəsindəki qırğınları, ən əsası - Xocalı faciəsini erməni millətçiləri deyil, azərbaycanlılar ermənilərə qarşı törətmişdilər.
Kinorejissor Rüstəm İbrahimbəyov isə bu günlərdə “Rosbalt” informasiya agentliyinə verdiyi geniş müsahibədə Əylislinin ideya xəttini davam etdirərək, maraqlarını daha geniş açdı. Əgər Ə.Əylisli ancaq bədii təxəyyül vasitəsilə erməni millətçilərinin Azərbaycan torpaqlarına torpaq iddiasına sülhpərvər don geyindirirsə, kinorejissor nöqtəni birdəfəlik qoydu. O, Dağlıq Qarabağın erməni və azərbaycanlılar tərəfindən iddialarını elmi mübahisə predmeti adlandıraraq, o torpaqların Azərbaycana məxsusluğunu şübhə altına aldı. Hətta daha irəli gedərək problemin hərb yolu ilə həllini cinayət adlandırdı. Deməli, Azərbaycan Ordusunu saxlamağa, cəbhə xəttində on minlərlə əsgər və zabitimizin keşik çəkməsinə ehtiyac yox imiş və əgər Azərbaycan işğal edilmiş torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, dövlətimiz Ermənistana qarşı cinayət etmiş olur.
İki ziyalımız açıq-aydın Azərbaycanda erməni millətçilərinin maraqlarının müdafiəçisi rolunu oynamağa başladılar. Nəzərə alsaq ki, onların hər ikisi Ziyalılar Forumu deyilən ictimai-siyai qurumda təmsil olunurlar, demək, Ermənistan maraqlarını Azərbaycanda müdafiə edən siyasi təşkilat da hazır imiş. Texniki məsələ isə sadəcə olaraq zaman-zaman bu xəttin açıq dəstəyi mövqeyi ilə cəmiyyətə çıxmaqdır.
Bir müddət əvvəl həmin forum bazasında “El” hərəkatı deyilən müxalif ictimai-siyasi təşkilat yarandığı elan edildi. Nəzərə alsaq ki, nə Ziyalılar Forumu, nə yeni hərəkat, üzvləri olan Əkrəm Əylislinin və Rüstəm İbrahimbəyovun məlum mövqelərini pisləmədilər, onların eyni ideoloji mövqeyə söykəndiklərini müəyyən etmək olar. Və elə isə Azərbaycan cəmiyyəti vaxtaşırı Azərbaycanın Dağlıq Qarabağa olan hüququnu şübhə altına alan və Ermənistanın torpaqlarımızda törətdikləri cinayətləri elə Azərbaycan xalqının adına yazan yeni bəyanatlar eşidəcəkdir.
Elə isə sual olunur, üçüncü kim olacaq?"




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info