Aqroparkların yaxınlığında sənaye məhəllələri yaradılacaq
Tarix: 09.01.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bakı-Ələt, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran bölgələrindəki aqroparkların yaxınlığında sənaye məhəllələri yaradılacaq. Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Sənəddə qeyd olunur ki, aqroparkların effektiv fəaliyyətinin təmin edilməsi və səmərəliliyin yüksəldilməsi üçün aqroparklara bitişik, aqrar emala əsaslanan sənaye məhəllələrinin yaradılması da nəzərdə tutulur. Burada əsas məqsəd sənaye məhəllələrinin yaradılması zamanı əlavə infrastruktura yönələn xərclərin minimuma endirilməsi və kənd təsərrüfatı ilə sənaye arasında daha dərin inteqrasiyanın təmin edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, hər bir aqroparka (Bakı-Ələt, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran) bitişik sənaye məhəllələrinin yaradılması ilə bağlı təkliflər planı hazırlanacaq. Sənaye məhəllələrinin yaradılması zamanı dövlət-özəl tərəfdaşlığına əsaslanan, birsahəli və ya eynitipli məhsullar istehsal edən əlaqəli kiçik müəssisələr şəbəkəsinə üstünlük veriləcək. Bu, əsasən, hər bir regionun bir və ya bir neçə konkret kənd təsərrüfatı istehsal sahəsi üzrə ixtisaslaşması ilə bağlıdır. Beləliklə, sənaye məhəllələrinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətin icra mərhələləri aqroparklara uyğun şəkildə müəyyən ediləcək və fəaliyyət planı hazırlanacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
24.05.2019
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info