Məhkəmə vəsatəti təmin etməyib
Tarix: 10.01.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanov istintaqın təzələnməsi ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib ki, bu da onların hüququnun tapdalanması hesab olunur. Məhkəmə vəsatəti təmin etməyib. Sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış ediblər. Təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov çıxış edərək, Z. Mustafayevin ittiham olunduğu maddələrdə onun təqsirini sübuta yetirən hər hansı faktın olmadığını deyib. Vəkil Gülşən Salmanova hüquqlarını müdafiə etdiyi Ramin Yarıyevin ittiham aktında göstərilən cinayəti törədərkən yetkinlik yaşında olmadığını əsas gətirib və onun təqsirsiz olduğunu deyib. Vəkil Elçin Sadıqov isə çıxışında təqsirləndirilən şəxslər - Taleh Bağırov, Cabbar Cabbarov və digərlərinin təqsirinin sübuta yetirilmədiyini iddia edib. Fasilədən sonra davam etdirilən məhkəmə prosesində Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova və Taleh Bağırovun vəkili Yalçın İmanov çıxış ediblər. Onlar ittihamın əsassız olduğunu, sübuta yetirilmədiyini, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmadığını deyiblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər. Proses yanvarın 11-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info