Əmanətçilərə 721 milyon 800 min manatdan artıq kompensasiya ödənilib
Tarix: 10.01.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Əmanətlərin Sığortalanması Fondu tərəfindən yanvarın 9-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 083 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96,6 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 126 milyon 291 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 271 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 276 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 433 milyon 988 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,4 faizi) kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 721 milyon 800 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info