Görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illiyi qeyd edilib
Tarix: 10.01.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən görkəmli dövlət xadimi və alim Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Belə tədbirlərdən biri yanvarın 10-da Azərbaycan Tibb Universitetində (ATU) keçirilib.
Tədbirdə çıxış edənlər - ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, akademik Adilə Namazova və başqaları görkəmli dövlət və elm xadiminin tarixi xidmətləri barədə məlumat veriblər. Qeyd edilib ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışarkən özünü təcrübəli dövlət xadimi və səhiyyə sahəsinin bacarıqlı təşkilatçısı kimi göstərib. Belə ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi 1942-1948-ci illərdə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsində çalışan bu görkəmli alimin adı ilə sıx bağlıdır.
Əziz Əliyev 1935-1938-ci illərdə Azərbaycan Tibb İnstitutuna rəhbərlik edib, Azərbaycan SSR xalq səhiyyə komissarı, 1951-1959-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Böyük Vətən müharibəsi iştirakçılarının istər Bakıda, istərsə də regionlarda yardıma ehtiyacı olduğu dövrdə Əziz Əliyev müharibə əlillərinin müalicəsi və tibbi bərpası məsələlərinə həsr edilmiş səyyar elmi konfranslar keçirirdi. 1952-ci ildə Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktik konfransının təşkil edilməsində Əziz Əliyevin böyük xidmətləri olub.
Natiqlər daha sonra qeyd ediblər ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tarixi ən şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. 1962-ci ildə Əziz Məmmədkərim oğlu Əliyevin xatirəsinə ehtiram və onun xidmətlərinə dərin minnətdarlıq əlaməti olaraq bu instituta onun adı verilib.
Tədbirdə Əziz Əliyevin mənalı ömür yolu və çoxşaxəli siyasi fəaliyyəti barədə fotoslayd nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info