Lotereya və digər yarışlardan əldə olunan uduşlardan 10 faiz vergi tutulacaq
Tarix: 10.01.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.
Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC tərəfindən tutulmalıdır.
Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info