Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Tarix: 08.04.2013 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi V.Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, müraciət avtomobillərdə pərdə və plyonkalardan istifadə halları ilə bağlıdır.
V.Əsədov son zamanlar paytaxt ərazisində avtomobillərdə pərdə və plyonkalardan istifadə hallarının aşkarlandığını deyib. Onun sözlərinə görə, 1 həftə ərzində 100-dən artıq protokol tərtib edilib. V.Əsədov hətta reyd zamanı belə sürücülərin avtomobilləri özləri bildikləri kimi idarə etdiyini qeyd edib.
Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilir ki, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təyin etdiyi və “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavəyə əsasən, avtomobillərdə yalnız küləyə qarşı olmayan və əhali arasında arxa alın şüşəsi kimi tanınan şüşələrə plyonka və jalüzlərin çəkilməsinə icazə verilir və tündləşdirmə dərəcəsinə məhdudiyyət qoyulmur:
“Arxa, qabaq küləyə qarşı alın şüşəsi və arxa sağ və sol qapı şüşələrinin plyonka və digər görünüşü məhdudlaşdıran vasitələr və istehsalçı zavodun müəyyən etdiyi arxa sağ-sol qapılarda avtomatik qurğu hesabına görünüşün məhdudlaşdırılması da qadağandır. Hətta zavod istehsalı olan tünd şüşələr belə qanuna ziddir. “Jeep” tipli avtomobillərin yük yerinin yan şüşəsinə və digər kateqoriyaya aid edilən şüşələrə plyonka və hər hansı bir görünüşü məhdudlaşdıran vasitələrin vurulması qadağandır. Sənaye üsulu ilə hazırlanan 40% tündləşdirici şüşələrin istifadəsinə isə icazə verilir”.
V. Əsədov sürücülərə müraciətində bildirib ki, idarə etdikləri avtomobillərdə qanunla qadağan edilən pərdə və plyonkalardan istifadə etməsinlər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info