Naxçıvanda 20 Yanvar faciəsini əks etdirən sərgi və guşələr təşkil edilib
Tarix: 11.01.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın mədəniyyət müəssisələrində 20 Yanvar faciəsini əks etdirən sərgi və guşələr təşkil edilib.
Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Tarix Muzeyində 20 Yanvar guşəsi ilə yanaşı təşkil edilən sərgidə muxtar respublikanın Əməkdar rəssamı Əli Səfərlinin “20 Yanvar”, Qədirulla Bağırovun “Şəhidin kitabı” adlı rəsm əsərləri, 20 Yanvara aid sənədlər, 20 Yanvar şəhidlərinin fotoşəkilləri nümayiş olunur. Həmin gecə Bakıda şəhid olan Ordubad rayon sakini Rahim Babayevin və Şahbuz rayon sakini Teymur Alməmmədovun da fotoları sərgidə yer alıb. M.S.Ordubadi adına Muxtar Respublika Kitabxanasında isə kitablardan ibarət sərgi təşkil olunub. Burada müxtəlif tarixi əsərlər və Qanlı Yanvar hadisələrindən bəhs edən bədii kitablar yer alıb. Xatirə Muzeyində 20 Yanvar faciəsinə həsr edilən bir neçə guşə yaradılıb. Guşələrdə, əsasən, 20 Yanvar şəhidlərinin fotoşəkilləri, ümummilli lider Heydər Əliyevin həmin faciə ilə bağlı fərmanları və digər tarixi sənədlər sərgilənir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info