Fövqəladə halların idarə olunması
Tarix: 08.04.2013 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Bakıda genişmiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə olunmasına dair seminar işə başlayıb. Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə tədbirdə bildirib ki, son illər zəlzələ və vulkanlar kimi təbii fəlakətlərin sayı artır: “Bu səbəbdən seminar xüsusi əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların idarə olunması və onun nəticələrinin minimuma endirilməsi üçün qabaqcıl təcrübəni, o cümlədən Fransanın təcrübəsini öyrənməkdə maraqlıdır. Öz növbəsində Fransanın Azərbaycandakı səfiri Paskal Monye qeyd edib ki, Azərbaycan regionun stabilliyinin təmin olunmasında mühüm rol oynayır: “Biz Azərbaycanı sabitlik və demokratiyanın inkişafı yolunda daha da irəliləyən görmək istəyirik”. Son üç ildə Bakının inanılmaz dərəcədə dəyişdiyini deyən səfir regionlarda turizmin aktiv inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik sahəsində görüləsi işlər də var: “Azərbaycanla Fransa arasındakı dostluq münasibətləri daha da inkişaf edə bilər. Fövqəladə hallarla mübarizə sahəsində şirkətlər arasındakı əməkdaşlıq və Fransa şirkətlərinin təcrübəsi çox faydalı ola bilər”. Daha sonra Azərbaycan FHN-in fəaliyyətini əks etdirən videorolik nümayiş etdirilib. Fransanın Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi Floren Valle kütlənin idarə olunması və mülki müdafiə sahəsindəki təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər. Azərbaycan FHN-in təmsilçisi Qüdrət Ağayev “Fövqəladə hallar zamanı idarəetmənin təşkili” mövzusunda məruzə edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info