İxtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək
Tarix: 11.01.2017 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Kiçik və orta sahibkarlıq subyektlərinin müflisləşməsi məsələlərinə məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan kiçik və orta sahibkarlıq subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini də həll edəcək.
Bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Sənəddə deyilir ki, bu məqsədlər üçün müvafiq orqanlara kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışıqları təşkil etmək, borcların restrukturizasiyasında kömək etmək, fəaliyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürətlə icra etmək hüquqları veriləcək.
Bu ixtisaslaşmış qurumlar mövcud arbitraj məhkəmələrinin (təsərrüfat məsələləri üzrə məhkəmə) bir şöbəsi kimi təşkil oluna və müflisləşmə halları üzrə təcrübə qazanmış hakimlərdən ibarət ola bilər. Belə məhkəmələrin əsas fəaliyyəti, ilk növbədə, fəaliyyət qabiliyyətli təsərrüfat subyektləri üçün əvvəlcədən müəyyənləşdirilmiş bərpa və restrukturizasiya sxemləri təklif etməkdən ibarət olacaq. Problemin bu formada həllinə qərar verilməsinin səbəbi çoxsaylı məhkəmə işləri ilə məhkəmələrin yüklənməsinin qarşısını almaqdır. İxtisaslaşmış məhkəmələrdən, habelə fəaliyyət qabiliyyəti olmayan kiçik və orta sahibkarlıq subyektlərinin cəld və səmərəli ləğvini təmin etmək üçün sadə və qısa prosedurlardan istifadə ediləcək. Həm debitorlar, həm də kreditorlar problemin həlli ilə bağlı ixtisaslaşmış məhkəmələrdə iddia qaldıra bilər və belə hallarda məhkəmələrin reabilitasiya prosesi və kredit ödənişinin restrukturizasiyası üzrə icraçı, müvəkkil şəxs və inzibatçı təyin etmək səlahiyyəti olacaq.
Müvafiq qurumlar banklar, digər kredit təşkilatları və kiçik və orta sahibkarlıq subyektləri ilə əlaqələndirmə vasitəsilə, onların iflas vəziyyətində rastlaşdıqları əsas çətinliklərin nədən ibarət olduğunu müəyyən edəcək. Bu istiqamətdə zəruri məlumatlar toplanacaq, banklar və digər kreditorlarla müsahibə və sorğuların aparılması, eləcə də hər bir sahə 45 üzrə müəyyən edilmiş şirkətlərin iştirakı yolu ilə əsas çətinliklər müəyyən ediləcək.
Qeyd olunan sektorda şirkətlərin sayına münasibətdə ən böyük müflisləşmə göstəricilərinə malik sahələr müəyyən ediləcək və problemlərin səbəbləri aydınlaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info