“Azərbaycanda sürətli inkişafın şahidi oldum”
Tarix: 08.04.2013 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


“Azərbaycanda sürətli inkişafın şahidi oldum. Bakıya səfərimdən çox məmnunam. Burada özümü vətənimdəki kimi hiss etdim”.
Bu sözləri Davos Forumu çərçivəsində Bakıda “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda gənclər forumunun iştirakçılarının “Coca-Cola” şirkətinin rəsmiləri ilə keçirilən görüşündə iştirak edən Ukrayna Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əlaqələndiricisi, sosial əlaqələr üzrə elmlər namizədi Qanna Qopko deyib. Ukraynalı qonaq forumun əhəmiyyətini vurğulayıb, bu platformada görüşün əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayacağını qeyd edib. Alim gənclərin forumunda maraqlı məsələlər barədə müzakirələr aparıldığını da vurğulayıb. Bakıya ilk dəfə gəldiyini deyən ukraynalı alim şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açıb.
Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd edib. Bu yerlərdən zövq aldığını deyən Q.Qopko Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırıb. O, forumdan sonra daha bir neçə gün Azərbaycanda qalacağını və ölkəmizlə yaxından tanış olacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info