Naxçıvanda 5 minə yaxın gənc tibbi müayinədən keçib
Tarix: 12.01.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Ötən il Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində nikaha daxil olmaq istəyən 4 min 985 gənc tibbi müayinədən keçib. Bu ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən nikaha girəcək gənclərin hepatit B və C ilə bağlı müayinəsi də aparılır.
AZƏRTAC xəbər verir ki, gənclər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində və Naxçıvan Muxtar Respublika Xəstəxanasının hemotoloji bölməsində tibbi müayinədən keçirlər.
Xəstəxananın həkimi Adil İbrahimov bildirib ki, hazırda dünyada hepatit, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və digər yoluxucu xəstəliklər geniş yayılıb. Xəstəlik nikah bağlayan şəxslərdə olarsa, digər şəxslərə də yayıla bilər. O deyib: “Bizim mərkəzdə 150-dən çox analiz aparılması mümkündür. Gənclər nikahdan əvvəl mərkəzə gəlib analiz verirlər. Bu, yeni qurulan ailənin sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info