Bakı sakinləri hansı içkilərə üstünlük verirlər?
Tarix: 12.01.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Yeni il bayramı bitdi. İnsanlar yavaş-yavaş da olsa, iş başına keçməyə başlayıblar. Bayram əhval-ruhiyyəsindən ayrılmaq hər kəsə çətin gəlir. Ən böyük çətinliyi isə bayramda hamıdan çox yeyib-içənlər çəkir. Xüsusilə də 2017-ci ili şampan şərabı ilə qeyd edənlər tətil ab-havasından çıxmaqdan çətinlik çəkirlər. Bəs ümumiyyətlə Bakı sakinlərinin neçə faizi spirtli içki istifadəçisidir? 

“ACT Azərbaycan”ın apardığı sorğuya görə son 6 ay ərzində şəhər əhalisinin dörddə biri (26%) spirtli içkilərdəm istifadə edib. Alkoqollu içkiləri ayda bir dəfə içənlər nisbi üstünlük təşkil edirlər (25%). Onları spirtli içkilərdən ayda 2-3 dəfə istifadə edənlər izləyir (22%). Həftənin 2-3 gününü spirtli içkilərdən istifadə edənlər sorğuda 10% təşkil ediblər. 5% respondent isə alkoqollu içkiləri həftədə 1 dəfə içdiyini bildirib. 

Bəs alkoqol sevərlərin damaq dadına hansı içkilər uyğundur ? 

Respondentlər tərəfindən ən çox sevilib-seçilən içki araqdır (52 %). 17 % üçün viski əvəzolunmazdır. Şərabsevərlər 15 %-lə üçüncüdülər. 11 % respondent isə pivəni seçir. Cəmi 5 % şampan şərabının vurğunudur. 

Azərbaycan cəmiyyətində qadınların spirtli içki qəbul etməsi birmənalı qarşılanmır. Qadın və alkoqol mövzusunun həssaslığını nəzərə alıb respondentlərdən alkoqol istifadə edən qadınlara qarşı olan münasibətlərini də öyrəndik. Məlum oldu ki, spirt qoxusunu qadına yaraşdırmayanlar çoxluq təşkil edir ( 72 %). Qadınların 77 %-i, kişilərin isə 67 %-i zərif cinsin spirtli içki marağını qınayır. Əsasən yaşlı nəslin nümayəndələri (55-64 yaş aralığı) bu hala qarşı çıxırlar (82 %).

Kişilərin spirtli içkilərə olan marağı da respondentlər tərəfindən birmənalı qarşılanmır. Qadınların 60 %-i, kişilərin isə 40 %-i güclü cinsin alkoqoldan istifadə etməsini pis qarşılayır. Xüsusilə də yaşı 65-dən yuxarı olan ahıl respondentlər içən kişiləri qınayır (64%). 

Sorğu “ACT Azərbaycan” tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info