Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar
Tarix: 12.01.2017 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin tələbələri “fastfood”un ziyanları barədə videoçarx hazırlayıblar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənclərin sağlam həyat tərzinə həsr olunan və 10 dəqiqə davam edən videoçarx maraqlı formatda hazırlanıb. Videoda "Sağlamlıq nədir?" və "Sağlam həyat tərzi necə olmalıdır?" mövzuları ümumilikdə əhatə olunub, o cümlədən gənclərin qida seçimi, fiziki məşğuliyyətləri, gündəlik davranışlarında yol verdikləri səhvlər göstərilib. Həmçinin tələbələrin ən çox istifadə etdikləri “fastfood”un ziyanları, oturaq həyat tərzinin fəsadları haqqında məlumat verilib.
Universitetin tələbə həmkarlar ittifaqı komitəsinin bu layihəsi komitənin sədri Elşad Novruzovun birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Videoçarxın yaradıcı heyəti ATU-nun tələbələridir. Layihə müəllifləri Malik Şükürlü və Nuran Sadəddinli, rolların ifaçıları isə Orxan Aslanlı, Əvəz Zeynallı, Nigar Əhmədova, Nuran Sadəddinli, Dursun Həsənov və Füzuli Namazovdur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info