BANM-də layihə iştirakçıları mükafatlandırılıb
Tarix: 12.01.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov fəxri qonaq qismində iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ali məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirib. Rektor Elmar Qasımov Fondun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür edib. Müxtəlif ideya və təşəbbüslərin həyata keçirilməsində gənclərə kömək göstərilməsinin dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət etdiyini bildirib. Rektor BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini bildirib. Elmar Qasımov bütün bu layihələrin icrasına ali məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini vurğulayıb.
"Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı sözügedən layihə haqqında məlumat verib. O, bildirib ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub.
BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını bildiriblər. Belə layihələrin davamlı olacağına inandıqlarını bildiriblər.
Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Nigar






 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info