Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək orqan müəyyənləşdirilib
Tarix: 12.01.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib. 
 
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 21 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 11 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb. 
 
Qeyd edək ki, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna əsasən indiyə qədər Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərdilər. Ancaq bu sosial yardımı göstərəcək icra hakimiyyəti orqanları və yardımın hansı qaydada göstəriləcəyi müəyyənləşdirilməmişdi. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna edilən son dəyişikliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərəcəklər. 
 
Fərmana əsasən xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək yeganə orqan olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müəyyənləşdirilib. Sosial yardımın göstərilməsi qaydası isə Nazirlər Kabineti tərəfindən göstəriləcək. 




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info