Səbail rayonunda genişmiqyaslı iməciliklər keçirilir
Tarix: 08.04.2013 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı RİH tərəfindən tədbirlər planı təsdiq olunmuş və rayon üzrə silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər çərçivəsində rayonda genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağac əkilməsi planlaşdırılıb. Bununla əlaqədar hər həftənin şənbə günü rayonun müxtəlif yaşayış sahələrində iməciliklər keçirilir.
Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməcilik Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Səbail rayonunun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin-ümumilikdə 500 nəfərin iştirakı və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin cənub-qərb giriş yolu olan, «Şıx» yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib.
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı salınıb, 5000 kv. metr sahəyə yaşıl ot qatı salınıb, 2000 ədəd yeni ağac, 200 ədəd dekorativ kollar əkilib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb.
Həmin ərazidə yerləşən, keçən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış «Dostluq parkı»nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilib.
Keçirilən iməcilik ərzində burada 10 min ədəd yeni ağac əkilib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilib.
Bayrama çevrilmiş tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri xüsusi ilə fərqləniblər.
Mövsüm ərzində Səbail rayonunda ərazinin ya şıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyəti tərəfindən ulu öndərimizin xatirəsinin yad olunmasına bir töhfə olub.
Böyük bayram əhvali-ruhiyyəsi ilə keçirilən iməciliklərin davamlı olması, yay aylarında rayon ərazisində bu il əkilmiş ağaclara qulluq olunması və mütəmadi olaraq suvarılması nəzərdə tutulub.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info