Putin və Ərdoğan Suriya probleminin həllini müzakirə ediblər
Tarix: 12.01.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Bu gün Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
APA-nın Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. 
 
V. Putin və R. T. Ərdoğan Suriya  böhranının tənzimlənməsinə xüsusi diqqət ayırıblar. Qeyd edilib ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökuməti və müxalifəti arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmaya ümumilikdə riayət edilir. Tərəflər Suriya böhranı ilə bağlı Astana danışıqlarına hazırlıqla əlaqədar birgə səylərin gücləndirilməsini zəruri sayıblar.
 
V. Putin və R. T Ərdoğan ikitərəfli ticari-iqtisadi əlaqələrin bərpası və yaxın perspektivdə Rusiya-Türkiyə Ali Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsi məsələlərini də müzakirə ediblər. 




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək
16.06.2019
Türkiyədə 8 terrorçu zərərsizləşdirilib
16.06.2019
Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb
16.06.2019
Slovakiyanın ilk qadın prezidenti vəzifəyə başladı
16.06.2019
İran prezidenti və Qətər əmiri görüşdülər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info