"QHT-ləri narahat edən problemlərin həlli davam edir”
Tarix: 13.01.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Nazirlər Kabineti tərəfindən "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilməsi barədə bu gün verilən qərarla bağlı açıqlama verib. Açıqlamada qeyd olunur ki, bu qərar “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda nəzərdə tutulan xüsusilə xarici donorlardan alınan qrantların qeydiyyatını xeyli dərəcədə sadələşdirəcək: “Nazirlər Kabinetinin "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilməsi barədə bugünkü qərarını “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrasının pozitiv nəticələri kimi qiymətləndiriririk. Çünki qərar əsaslı olaraq qrant müqavilələrinin qeydiyyatına süni manəelər və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
qrant müqavilələrinin qeydə alınması üçün təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır;
bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir;
qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alınır;
qrant müqavilələrinin (qərarlarının) qeydiyyat üçün təqdim edilməsi və baxılması müddətləri artırılır;
qrant müqaviləsinin qeydiyyatı üzrə Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunun yoxlanması ləğv edilir.
Bütün bunlar qrant müqavilələrinin qeydiyyatı sahəsində hüquqi mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.
Ə. Nuriyev bildirib ki, "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklərdə Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının bir sıra təklifləri nəzərə alınıb: “Bu, eyni zamanda hökumət-vətəndaş cəmiyyətinin səmərəli müzakirələrinin əhəmiyyətli nümunəsi kimi qiymətləndirilə bilər. Artıq vətəndaş cəmiyyəti institutlarını narahat edən problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilir”.
Ə.Nuriyevin sözlərinə görə, xarici donorlar tərəfindən qrantların verilməsi ilə bağlı qaydalarda da dəyişikliklər hazırlanır: “Hesab edirik ki, “Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrası üzrə proseslər tam başa çatmayıb. Bundan sonra “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda da əhəmiyyətli sadələşdirmələr aparılacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info