Messi cərimə zərbəsindən daha bir qol vurarsa...
Tarix: 13.01.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsində “Barselona” komandası “Atletik” Bilbaonu 3:1 hesabı ilə məğlub edib. Oyun “Barselona”nın hücum xəttindəki “qızıl üçlüy”ün - Lionel Messinin, Luis Suaresin və Neymarın gözəl oyunları və qolları ilə yadda qalıb. Bu qollar hər üç futbolçu üçün əlamətdar olub. İlk oyunda 1:2 hesabı ilə məğlub olan kataloniyalılar qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıblar. Rəqib qapısına yol tapan Luis Suares bununla da komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı futbolçu bu göstəriciyə 120-ci matçda nail olub. Son 11 oyunda qol vura bilməyən Neymar görüşün 48-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək ikinci topu rəqib qapısından keçirib. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl üçüncü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbələrindən vurduğu qolların sayını 26-ya çatdıraraq, “Barselona”nın sabiq üzvü, hollandiyalı Ronald Kumanın göstəricisini təkrarlayıb. R.Kuman özünün "Tvitter" səhifəsindən L.Messini bu münasibətlə təbrik edib. Messi cərimə zərbəsindən daha bir qol vurarsa, klub tarixində bu rekordu yeniləyəcək. Oyunda qonaqların heyətində 51-ci dəqiqədə Enrik Saborit fərqlənib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info