Ruslan Abışov “Neftçi“də
Tarix: 13.01.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Milli komandamızın üzvü Ruslan Abışov karyerasını "Neftçi"də davam etdirəcək. Bu barədə “Qol.az”-a açıqlamasında futbolçunun qardaşı və meneceri Sərxan Abışov məlumat verib. Abışovun son klubu olan "İnter"lə mövsümün sonuna qədər müqaviləsi var idi. "İnter"lə ortaq məxrəcə gələn "Neftçi" artıq futbolçunun da razılığını alıb. Paytaxt təmsilçisi onunla uzunmüddətli müqavilə planlaşdırırdı. Lakin Abışov 1,5 illik sözləşmə tələb edib. Nəticədə Ruslanın tələbi ilə razılaşılıb. Yeni komandası ilə artıq rəsmi müqavilə imzalayan oyunçu "ağ-qaralar"ın heyətində 15 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib. Bu, "Neftçi"nin 7-ci transferidir. Paytaxt klubu buna qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanı heyətinə cəlb edib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info