Con Kerri Gürcüstanda
Tarix: 13.01.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib. “Apsny.ge” saytının məlumatına görə, Kerri Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb.
Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib. "Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilmədi, sanksiyalar tətbiq olunmadı". Bu sözləri isə ABŞ dövlət katibi Vaşinqtondakı Sülh İnstitutunda keçirilən konfransda çıxışında deyib. O, Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədiyini söyləyib: "Mən istəməzdim kimsə düşünsün ki, kimisə tənqid edirəm. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və biz Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdik. Biz açıq şəkildə bildirdik ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə görə cavab verəcək. Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir, lakin biz sanksiyaları qüvvədə saxlayırıq”. Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info