ABŞ əsgərləri və hərbi texnikası Polşaya daxil olub
Tarix: 13.01.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Rusiya XİN:“ABŞ qüvvələrinin Avropaya yerləşdirilməsi Avropada təhlükəsizliyi və sabitliyi poza bilər”

ABŞ Avropaya transfer etdiyi hərbi qüvvə və texnikanı rəsmi olaraq “Avropada qarşısını almaq təşəbbüsü” kimi təqdim edib. Bu barədə Pentaqon rəhbəri Eşton Karter məlumat verib. “Bizim son hərbi büdcəmiz Avropanın təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli maliyyə təminatı verir” - deyə Karter Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki çıxışı zamanı bildirib.
O, qeyd edib ki, ABŞ 20 ildən artıq müddət ərzində qarşısını almaq təşəbbüsünü prioriteti kimi saxlamaqda doğru etməyib: “Buna görə də, Amerika Birləşmiş Ştatları Avropada hərbi varlığını artırmağa qərar verib. Bu, daha çox Rusiya tərəfindən gözlənilən hər hansı bir təhlükəyə qarşı daha çevik və sürətli cavab verməyə hesablanıb”. Xatırladaq ki, bir müddət bundan əvvəl Pentaqon nümayəndəsi bildirmişdi ki, qoşun və texnikanın Rusiya sərhədinə yığılması daha çox Avropadakı NATO müttəfiqlərinin “sakitlənməsinə” hesablanıb. Lakin indi aydın görünür ki, artıq belə bir təşəbbüsün əsl məqsədini gizlətmirlər. Qeyd edək ki, 2017-ci il üçün Pentaqonun Avropanın təhlükəsizliyini təmin etmək üçün ayırdığı büdcə 3,4 milyard dollar civarındadır. Bir il əvvəl bu büdcə 789 milyon dollar təşkil edirdi. Dövlət Departamenti bu işə əlavə 900 milyon dollar ayıracaq. Bundan sonra Rusiya ilə həmsərhəd olan Avropa ölkələrində NATO-nun 3-5 min arası qoşunu və hərbi texnikası keşik çəkəcək. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən ilin sonlarında bildirmişdi ki, son on ildə NATO qüvvələri Rusiya sərhədlərində üç , qərb sərhədlərində isə səkkiz dəfə artıb. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Rusiya rəsmiləri tərəfindən də birtərəfli qarşılanmır. Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov dünən bəyan edib ki, Avropada ABŞ hərbi iştirakının genişlənməsi regionda sabitliyin pozulmasına rəvac verə bilər. Onun sözlərinə görə, Obama administrasiyası hakimiyyətin son günlərində tələsik olaraq ABŞ qüvvələrini Avropaya yerləşdirməsi Avropada təhlükəsizliyi və sabitliyi poza bilər. Qeyd edək ki, dünən ABŞ-ın 4 minə yaxın əsgəri və 80 tankı Polşaya daxil olub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info